ABŞ-da prezident seçkilərinə start verilib.
7News.Az xəbər verir ki, ənənəyə uyğun olaraq ilk səsvermə Nyu-Hempşir ştatın Diksvill-Notç adlı balaca kəndində baş tutub.
Seçki Bakı vaxtı ilə saat 09:00-da keçirilib.
Adı çəkilən kənddə cəmi 6 seçici var. Onlar ABŞ prezidenti postunda Demokratlar Partiyasından namizəd olan sabiq dövlət katibi Hillari Klintonu görmək istəyirlər.
Kəndin 4 sakini Hillari Klintona, iki sakini isə Respublikaçılar Partiyasını təmsil edən iş adamı Donald Trampa səs verib.
Qeyd edək ki, bu ənənə 1960-ci ildən həyata keçirilir.









