Yaşına və seçki kampaniyasındakı performansına görə tənqidlərin mərkəzində olan Baydenin namizədlikdən geri çəkilməli olduğunu düşünənlərin nisbəti kifayət qədər yüksəkdir. Demokrat Partiyasının yüksək vəzifəli şəxsləri də bu istiqamətdə Baydenə təzyiqlərini davam etdirirlər.
7NEWS.az xəbər verir ki, ABŞ prezident seçkilərinə doğru getdiyi bir vaxtda ölkədə aparılan sorğuya görə, ictimaiyyətin 70 faizi prezident Co Baydenin namizədliyini geri götürməsi fikrindədir. Associated Press (AP) tərəfindən NORC İctimai Əlaqələr Mərkəzi ilə aparılan sorğuda 18 yaşdan yuxarı 1253 iştirakçıdan prezident Baydenin namizədlikdən geri çəkilməsinə necə baxdıqları soruşulub. Sorğuda iştirak edən 10 nəfərdən 7-si Baydenin seçkidə iştirakdan imtina etməli və yerini başqa namizədə verməli olduğunu bildirib.
7NEWS.az








