RU
ABŞ-da “iPhone SE” modelinin ilk partiyası satılıb, qurtarıb
17:12
1256

ABŞ-da “iPhone SE” modelinin ilk partiyası satılıb, qurtarıb

ABŞ-ın əksər iri elektrotexnika mağazalarında “iPhone SE” smartfonlarının satışa çıxarılan ilk partiyası satılıb.

7News.Az-ın “thenextweb.com”a istinadən verdiyi məlumata görə, artıq ABŞ-dakı bir çox satış məntəqəsində, eləcə də online mağazada yeni modeli tapmaq mümkün deyil. Növbəti partiya yalnız aprelin 20-dən sonra satışa çıxacaq.   

Qeyd edək ki, modellərin təqdimatından sonra ekspertlər və jurnalistlər yeni cihazların ajiotaja səbəb olmayacağını bildirirdilər. Çünki “Apple” hər hansı inqilabi dəyişiklik etməmişdi. Belə görünür ki, “Apple” özü də satışın yavaş gedəcəyini proqnozlaşdırdığı üçün satışa daha az smartfon çıxarılıb. Lakin bu gözləntilərin əksinə olaraq, yeni modellərə maraq çox olub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ