7NEWS.az xəbər verir ki, ABŞ-ın Miçiqan ştatında Mormon kilsəsinə hücum edilib. Polis keçmiş dəniz piyadası kimi tanınan hücumçunun öldürüldüyünü açıqlayıb. Dörd nəfərin ölümü ilə nəticələnən hücumdan əvvəl partlayış səsləri eşidilib və kilsə binası güclü şəkildə alovlara bürünüb.








