ABŞ-ın Kanzas ştatında aerozol və kimyəvi maddələr istehsal edən müəssisədə partlayış baş verib. Sızmaya görə Neodeş şəhərinin sakinlərinin əksəriyyətini təxliyyə edirlər.
7News.Az bu barədə Associated Press-ə istinadən xəbər verir.
Qəza nəticəsində üç əməkdaş xəsarət alıb, onlar yanıq yaraları ilə xəstəxanaya yatırılıblar.
Müəssisə "Airosol, Inc” şiekətinə məxsusdur, aerozol, maye və digər xüsusi kimyəvi maddələrin istehsalını təmin edir.
Şəhərdə 2,5 min sakin yaşayır. Hadisədən dərhal sonra müəssisə ətrafında yerləşən bir neçə kvartalda məcburi təxliyyə həyata keçirilib, şəhərin məktəbi bir neçə gün müddətinə bağlanıb.
Şəhər sakinlərinə krandan gələn sudan içmək və yemək hazılamaq üçün istifadə etməmələrinə dair xəbərdarlıq edilib.








