RU
ABŞ-da öldürülən polislərin sayı
13:47
1229

ABŞ-da öldürülən polislərin sayı

ABŞ-ın Dallas şəhərində iğtişaşlarda ölən polislərin sayı beşə çatıb.

7News.Az xəbər verir ki, bu barədə Dallas polisinin Twitter səhifəsində məlumat verilib.

Qeyd edək ki, ABŞ-da təhlükəsizlik qüvvələri tərəfindən iki qara dərilinin öldürülməsinə qarşı keçirilən mitinq zamanı 11 polis əməkdaşı güllələnib. Onlardan 4-ü ölüb, 7-si yaralanıb.

Məlumata əsasən mitinq zamanı hündürlükdə yerləşən mövqedən 11 nəfər polis əməkdaşına snayperlə atəş açılıb. Nəticədə 5 polis əməkdaşı öldürülüb, 2 nəfər hazırda əməliyyat olunur və daha 3 nəfərin vəziyyəti ağırdır. Digər 2 polis isə yüngül yaralanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ