RU
ABŞ-da məktəbə silahlı hücum olub, 17 nəfər ölüb – VİDEO+FOTOLAR+ YENİLƏNİB
12:10
1209

ABŞ-da məktəbə silahlı hücum olub, 17 nəfər ölüb – VİDEO+FOTOLAR+ YENİLƏNİB

ABŞ-ın Parkland şəhərində (Florida ştatı) "Marjory Stoneman Douglas” məktəbində baş verən silahlı insident nəticəsində 17 nəfərin öldüyü, 50 nəfərin isə yaralandığı təsdiqlənib.
 
7News.az Türkiyənin "Şok” saytına istinadən xəbər verir ki, bu haqda Brouder dairəsinin şerifi Skott İsrael bildirib.

O bildirib ki, ölənlərən hamısı "Marjory Stoneman Douglas” məktəbin şagirdləridir: "Məktəbdə atəş açan 1999-cu il təvəllüdlü Nikolas Kruz saxlanılıb. Bir müddət öncə Nikolas Kruz daxili nizam-intizam qaydalarını pozduğuna görə məktəbdən xaric edilib. Şagirdlər isə onun silah düşkün kimi tanıyırlar”.

Qeyd edək ki, olayla bağlı N. Kruzun sinif yoldaşları polisə ifadə verərək, Kruzun onları öldürəcəyi ilə təhdid etdiyini və tez-tez məktəbə silahla gəldiyini bildiriblər.
Şahidlərin məlumatına görə, silahlı şəxs məktəbin binasına daxil olmadan əvvəl atəş etməyə başlayıb və içəri girdikdən sonra əl ilə çalışan yanğın siqnalizasiyası işə salıb.

Yanğın siqnalizasiyasından sonra şagirdlər sinif otaqlarını tərk etməyə başlayıblar. Bu zaman silalı şəxs ətrafa atəş açmağa başlayıb. Sonra silahlı şəxs yaranmış qarışıqlıqdan yararlanaraq qaçmağa başlayıb. Lakin məktəbdən təxminən iki kilometr aralıda polislər silahlı şəxsi tuta biliblər.
Brouder polis idarəsinin məlumatına görə, silahli insidet nəticəsində 12 nəfər məktəbdə, 3 nəfər məktəbin qarşısında güllələnərək öldürülüb, daha 2 nəfər isə xəstəxanada keçinib: "Silahlı şəxs "AR-15” model yarı avtomatik silhdan istifadə edib və hadisə yerində 30-dan artıq güllə aşkar edilib”.  
 
7News.az

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ