RU
ABŞ-da meşə yanğınlarında 13 nəfər ölüb
10:16
463

ABŞ-da meşə yanğınlarında 13 nəfər ölüb

ABŞ-ın Tennesi ştatında güclü meşə yanğınları davam edir.


"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, meşə yanğınları nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Tennessi valisi Bill Heslem genişmiqyaslı yanğın hadisəsi ilə əlaqədar ştatda fövqəladə vəziyyət rejimi elan edib. Heslem bəyan edib ki, indiki təbii yanğınlar ştatın ərazisində son 100 ildə olan ən böyük yanğındır.

Yanğınlar olan bölgələrdən 14 min insan daha təhlükəsiz yerlərə evakuasiya edilib.

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ