ABŞ-da mülki helikopter təlim uçuşu zamanı Kanui adasında (Havay ştatı) qəzaya uğrayıb.
7News.Az TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb.
"Croman Corporation” şirkətindən icarəyə götürülmüş "Sikorsky S61-N” helikopteri adanın cənubunda qəzaya uğrayıb.
Qəzanın səbəbləri açıqlanmır. Araşdırma aparılır.








