RU
ABŞ-da naməlum şəxslər Şükran gününü qana boyadılar
10:54
362

ABŞ-da naməlum şəxslər Şükran gününü qana boyadılar

Amerikanın Kentukki ştatında atışma nəticəsində iki nəfər ölüb, daha dörd nəfər yaralanıb. 

7News.Az xəbər verir ki, bu barədə WAVE telekanalına istinadən RİA "Novosti” məlumat yayıb. 

Faciə Lusivill şəhərində baş verib. Naməlum şəxslər yerli parkda Şükran gününü uşaqları ilə qeyd edən insanlara atəş açıblar. Nəticədə iki nəfər ölüb. Daha dörd nəfər xəstəxanaya çatdırılıb. 

Cinayətkarlar hadisə yerindən qaçıb, polis onların axtarışı ilə məşğuldur. İstirahət edənlərin güllələnmə motivi məlum deyil.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ