ABŞ-ın Texas ştatının qərbində, Permian hövzəsindəki "Volfkamp” sahəsində dünyanın 4-cü ən böyük neft yatağı kəşf edilib.
7News.az xəbər verir ki, bu barədə ABŞ Daxili İşlər Nazirliyinə bağlı Geologiya Araşdırmaları İdarəsi məlumat yayıb.
Yatağın ehtiyatları 20 mlrd. barel neft, 0,4 trln. kubmetr təbii qaz, 1,6 mlrd. barel qaz kondensatı həcmindədir.
Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanının "Qavar” yatağı 75 mlrd. barellə dünyanın ən böyük neft yatağı sayılır.
7News.az







