7NEWS.az xəbər verir ki, ABŞ-da nifrət cinayətləri artıb. Federal Təhqiqatlar Bürosunun (FTB) dərc etdiyi hesabatda ABŞ-da nifrət cinayətlərinin 2021-ci ildə 2020-ci ilə nisbətən 11,6 faiz artdığı bildirilib. Nifrət cinayətlərinin daha çox irq, etnik mənsubiyyət və soy mənsubiyyətinə əsaslanan qərəzlərdən qaynaqlandığını bildirən FTB, nifrət cinayəti hadisələrinin 2020-ci ildə 8120-dən 2021-ci ildə 9655-ə yüksəldiyini açıqladı. FTB, 2021-ci ildə nifrət cinayəti qurbanlarının 64,5 faizinin irqi, etnik və ya əcdadlarına görə, 15,9 faizinin cinsi oriyentasiyaya görə, 14,1 faizinin isə dini qərəzliliyə görə hədəf alındığını bildirdi. FTB rəsmiləri statistik tendensiyaları müəyyən etmək üçün 16 ştatın ən sıx məskunlaşdığı 130 şəhəri izlədiklərini bildiriblər.
7NEWS.az








