ABŞ-ın San-Fransisko şəhərində yerləşən məktəbin yaxınlığında atışma baş verib.
7news.Az "ABC News”a istinadən xəbər verir ki, hadisə zamanı məktəbin 4 şagirdi xəsarət alıb.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. İnsidentdən dərhal sonra məktəb müvəqqəti olaraq bağlanıb.
Polis hadisəni törətməkdə şübhəli bilinən 4 nəfərin axtarışına başlayıb.
7News.Az








