RU
ABŞ-da parad zamanı silahlı hücum edilib
14:40
59

ABŞ-da parad zamanı silahlı hücum edilib

 7NEWS.az xəbər verir ki, ABŞ-da parad zamanı izdihamın üzərinə atışma olub. Missuri ştatının Kanzas-Siti şəhərində Superkubokun qalibi olmuş Kansas City Chiefs komandasının paradında Union Station yaxınlığında silahlı hücum baş verib. Silahlı hücumda çox sayda insanın güllələndiyi, polisin hücumdan sonra 2 nəfəri saxladığı bildirilib. Polisin açıqlamasında "Vurulanların müalicəsini asanlaşdırmaq üçün insanların ərazini mümkün qədər tez və təhlükəsiz şəkildə tərk etmələri və avtomobil dayanacağından uzaq durmaları lazımdır"- deyilir. Silahlı hücumun ilkin sayı bəlli olub. Kanzas şəhərinin yanğınsöndürmə idarəsindən verilən açıqlamada, ən azı 1 nəfərin öldüyü, 14 nəfərin yaralandığı bildirilib. Zərərçəkənlərdən 3-nün həyati təhlükəsi olan, 5-nin ağır, digərlərinin isə yüngül xəsarət aldığı bildirilib. Polis iki silahlı şübhəlinin saxlanıldığını açıqlayıb.
 
 
7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ