O, özünü müdafiə etməli olub.
Amerikanın Pensilvaniya ştatında polis ona tüfəngi tuşlamış kişidən özünü qorumaq üçün atəş açaraq atasının arxasında dayanan 12 yaşlı qızı öldürüb, NBC məlumat yayıb.
Teleşirkətin məlumatına görə, bazar ertəsi günü səhər saatlarında polis Stark Stil 57 yaşlı kişinin icarə borcu ilə əlaqədar məsələni aydınlaşdırmaq üçün onun evinə gəlib.
Kişi onun gələcəyini bilib və polis nümayəndəsini əlində tüfənglə qarşılayıb, polis özünü müdafiə etmək üçün atəş açıb.
Ev sahibi əlindən yaralanıb, güllənin biri onun arxasında dayanan qıza dəyib, aldığı yaradan kiçik qız yerindəcə keçinib.
Polisə qarşı ittiham irəli sürüləcəyi barədə hələ ki, bir məlumat yoxdur.
Bununla yanaşı, NBC-də qeyd edirlər ki, yaralı kişi tibb mərkəzinə göndərilib və başqa şəxsin həyatı üçün təhlükə yaradan hücum və davranışda, terror təhlükəsi yaratmaqda ittihamla əlaqədar işə baxılması üçün nəzarət altına alınıb./oxu
7news.az








