RU
ABŞ-da polis tərəfindən öldürülən qaradərili şəxsin ailəsinə 2 milyon dollar təzminat ödənildi
13:13
36

ABŞ-da polis tərəfindən öldürülən qaradərili şəxsin ailəsinə 2 milyon dollar təzminat ödənildi


ABŞ-ın Nevada ştatının Sparks qraflığında polis tərəfindən öldürülən 18 yaşlı qaradərili yeniyetmənin ailəsinə 2 milyon dollar təzminat ödənildiyi bildirilib.

7NEWS.az xəbər verir ki, ailənin vəkili Terri Keyser-Cooper, Sparks County sığorta şirkətinin Miciah Lee-nin qətli ilə bağlı iddiada 2 milyon dollarlıq təzminatın son hissəsini də ödədiyini açıqladı. Keyser-Cooper bildirib ki, Linin cinayət keçmişi olmayıb və qətl zamanı heç bir cinayətə görə axtarışda olmayıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ