RU
ABŞ-da polis yeniyetməni güllələdi - VİDEO - FOTOLAR
16:30
423

ABŞ-da polis yeniyetməni güllələdi - VİDEO - FOTOLAR

ABŞ-da yeniyetmələr arasında cinayətkarlıqla bağlı daha bir qanlı olay yaşanıb.

Nevada ştatındakı Reno şəhərində yerləşən "Hug High Scholl"da 14 yaşlı yeniyetmə oğlan iki böyük bıçaqla silahlanaraq günorta saatlarında məktəbin həyətində sinif yoldaşlarına hücum edib.

O, sinif yoldaşlarını qorxudub, onları öldürəcəyini deyib.

Olay yerinə çağırılmış polislər yeniyetmədən bıçaqları yerə atmağı tələb ediblər. Lakin 14 yaşlı oğlan əmri yerinə yetirməyib. Polislər atəş açıblar. Çiynindən ağır yaralanmış yeniyetmə Reno hospitalına aparılıb.

Məktəbin şagirdlərindən biri Robert Barraqan deyib: "O, əvvəlcə kitabxanada bir oğlanı bıçaqla vurdu, sonra həyətə qaçdı".

Fəqət şəhərin polis departamentinin rəhbəri Ceyson Soto bunu təkzib edib, şagirdlər arasında bıçaqla yaralananlar olmadığını deyib.//milli.az

7News.az

Videonu izləmək üçün şəklə klikləyin:

ABŞ-da polis yeniyetməni güllələdi

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ