RU
ABŞ-da polis zabitini ilk iş günündə güllələdilər
15:21
1080

ABŞ-da polis zabitini ilk iş günündə güllələdilər

Virciniya ştatında polisin qətlinə görə ölüm hökmü nəzərdə tutulub.

ABŞ-da Virciniya ştatının Prins-Uilyam dairəsində atışma zamanı bir polis zabiti öldürülüb, daha ikisi yaralanıb.

Hadisə şənbə günü axşam saatlarında baş verib. 

Mümkün ev zorakılığı barədə məlumat alan polislər hadisə yerinə gələrkən atəşə tutulublar.

Atışma zamanı, polis zabiti Eşli Quindon həlak olub, güc strukturlarının daha iki əməkdaşı isə ağır yaralanıb.

Məlumat verilir ki, həlak olan xanım zabit şənbə günü polis sıralarında ilk iş gününə çıxmışdır. Cinayətkar saxlanılıb.

Qeyd edək ki, Virciniya ştatında polisin qətlinə görə ölüm hökmü nəzərdə tutulub./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ