RU
ABŞ-da polis zabitini öldürən tələbə saxlanıldı
13:10
330

ABŞ-da polis zabitini öldürən tələbə saxlanıldı

ABŞ-ın Lebbok şəhərində, universitetdə odlu silahdan atəş açaraq, polis zabitini qətlə yetirən şəxs saxlanılıb.

Bu barədə Texas Texnologiya Universitetinin məlumatında bildirilir.

Məlumata görə, universitetin polis məntəqəsində atəş açan şəxs 19 yaşlı tələbə Hollis Denielsdir. 

Cinayətin motivləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bundan əvvəl yoxlama üçün universitetin ərazisindəki polis məntəqəsinə gətirilən tələbə asayiş keşikçilərinə atəş açaraq qaçıb. İnsident nəticəsində  bir polis zabiti ölüb./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ