ABŞ-ın Kaliforniya ştatında cümə axşamı San-Fransisko hava limanında polis tərəfindən öldürülən şəxsin gəzdirdiyi silahların saxta olduğu üzə çıxıb.
Bu barədə hadisə ilə bağlı təhqiqatı öz üzərinə götürən San Mateo dairəsinin prokuroru Steve Vəqstaff yerli qəzetə açıqlamasında deyib.
Kaliforniya Baş prokuroru Rob Bonta Kaliforniya Ədliyyə Departamentinin işi müstəqil şəkildə araşdıracağını açıqlayıb.
San-Fransisko polisinin sözçüsü Qreys Qətpandan bildirib ki, cümə axşamı silahlı şəxs hava limanındakı qatar stansiyasında qarışıqlıq yaradıb. Daha sonra xəbərdarlıqlara məhəl qoymayan silahlı şəxs polislərə yaxınlaşdığı üçün polislər tərəfindən güllələnib./olke
7NEWS.Az








