Şimali Karolinanın Keri şəhərində polis əməkdaşları irqçiliyə qarşı geniş etirazlar fonunda qaradərili pastorların ayaqlarını diz üstə yuyublar. 7News.Az-ın life.ru-ya istinadən verdiyi xəbərə görə, video "ABC11" telekanalı tərəfindən yayımlanıb. Kadrlardan göründüyü kimi, patorlardan biri dua oxuduqdan sonra polis və toplanan digər insanlar onların ayaqlarını yumağa başlayıblar. 7News.Az