RU
ABŞ-da prezident seçkilərindən maraqlı görüntülər - FOTO/VİDEO
19:48
347

ABŞ-da prezident seçkilərindən maraqlı görüntülər - FOTO/VİDEO

ABŞ-da səslərin həyəcanverici sayılma gecəsi yaxınlaşır, amma indiyə qədər liderin kim olacağı dəqiqləşməyib.

"Euronews” xəbər verir ki, Donald Trampın tərəfdarları sözün əsl mənasında qələbənin havasını hiss etdiklərini deyirlər:

"Hər şey yaxşıdır, çox xoşbəxtik. Hamımız ABŞ-ı sevirik, Trampı sevirik. Bu seçkiləri qazanacağıq”.

 

Co Baydenin tərəfdarları da öz növbəsində, demokratın həm ona verilən mütləq səs sayında, həm də seçici sayında lider olduğunu vurğulayırlar:

"Biz sərt rəqabətin əleyhinə deyilik. Bu, bir az ABŞ-ın səbrinin sınağıdır. Düzgün nəticələr əldə etmək üçün gözləmək lazımdır”.

Kəskin siyasi mübarizə ilə yanaşı bu seçkilərdə çətin sanitariya vəziyyəti və bununla əlaqəli kütləvi erkən səsvermə nəticəsində əlavə gərginlik yaranır. ABŞ-ın iri şəhərlərində restoran və dükan sahibləri nümayiş və ixtişaşlardan qorxaraq ehtiyat tədbirləri görürlər.

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ