ABŞ silahlı qüvvələrinin Fort-Stüart şəhərində (Corciya ştatı) yerləşən hərbi bazasında atışma olub.
7news.Az TASS-a istinadən xəbər verir ki, silahlı insidenti bir qadın törədib.
Bildirilir ki, o, hərbi polis tərəfindən saxlanılıb. İnsident nəticəsində zərər çəkən olmayıb. Qadına qarşı hələlik heç bir ittiham irəli sürülməyib.
7news.Az








