ABŞ-da universitetdə naməlum şəxs bıçaqla tələbələrə hücum edib.
7News.Az "Reuters”-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki tələbə yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
İnsident Nyu-Cersi ştatında, Nyu-Bransuik şəhərində yerləşən universitetdə baş verib.
Hücum edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.








