ABŞ-ın Minnesota ştatında qaradərili mühafizəçi Corc Floyd kobud şəkildə həbs olunması nəticəsində dünyasını dəyişdikdən sonra ölkənin onlarla şəhərində etiraz aksiyaları keçirilir. Mitinqlər yanğın və polislərə hücumla müşayiət olunur. Güllə yarası alan iki polisdən biri ölüb. ABŞ hökuməti hüquq-mühafizə orqanlarına qarşı təhdid və silahlı müqaviməti daxili terror aktı kimi qiymətləndirib.
7News.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, etirazlar nəticəsində Vaşinqtonun mərkəzindəki bir neçə bina yanıb.
Belə ki, etirazçılar ABŞ prezidentinin iqamətgahının yaxınlığındakı yolda böyük tonqal qurublar. Ağac və kollardan əlavə, insanlar binalardan bayraqları qoparıb ocağa atmağa başlayıblar. Eyni zamanda onlar vitrin və avtomobilləri sındırıblar. Yanğın 19-cu əsrə aid binaya da keçib.
Polis iğtişaşları dayandırmaq üçün xüsusi vasitələrdən istifadə edib.
Məxfi xidmət agentləri Ağ Ev yaxınlığındaki etirazlar zamanı təhlükəsizlik naminə ABŞ Prezidenti Donald Trampı yeraltı bunkerdə gizlədiblər.
"The New York Times" qəzetinin yazdığına əsasən, yüzlərlə etirazçı Prezident Administrasiyasının önündə Trampı söyüb, binaya kərpic və butulkalar atıb.
Daha sonra ABŞ paytaxtında komendant saatı elan olunub, şəhərə Milli Qvardiya gətirilib