RU
ABŞ-da qazma qurğularının sayı artmaqda davam etdi
15:27
40

ABŞ-da qazma qurğularının sayı artmaqda davam etdi


7NEWS.az xəbər verir ki, Baker Hughes tərəfindən açıqlanan hesabata görə, noyabrın 24-də başa çatan bir həftəlik müddətdə ölkədə neft və təbii qaz qazma qurğularının ümumi sayı 4 ədəd artaraq 622-yə çatıb. Qazma qurğuları ötən ilin müvafiq dövrü ilə müqayisədə 162 ədəd azdır. Neft qazma qurğularının sayı isə dəyişməyərək 500-də qalıb. Təbii qazla işləyən qazma qurğularının sayı 3 ədəd artaraq 117 ədəd, hər iki məhsul üzrə birgə işləyən qazma qurğularının sayı isə 1 ədəd artaraq 5 ədəd olaraq açıqlanıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ