ABŞ-ın Kaliforniya ştatında "Evenin Robot Xəyalları” adlı fahişəxana açılacaq.
7News.Az xəbər verir ki, fahişəxananın 2019-cu ildə istifadəyə verilməsi
planlaşdırılır.
Burada müştərilərin istəyinə əsasən, əlavə ödəniş qarşılığında "bakirə”
robotlar da veriləcək.
Robotlarla insanlar arasındakı münasibət isə "istəyə bağlı” konsepti
üzərində qurulacaq. Belə ki, müştərilər seksdən öncə robotlarla söhbət
etmək məcburiyyətində olacaqlar.
Fahişəxananın qurucusu Yunikol Yunikorn robotlar evini yaratmaqda
məqsədini belə açıqlayıb:
"Robotların haqqı olan sayğı və hörmətlə qarşılandığı bir dünya qurmaq
və beləcə potensial bir üsyanın qarşısını almaq üçün robot fahişəxanası
açacağıq”.
Robotlar bioloji partnyorları ilə özlərinə uyğun münasibət qura bilmək
üçün baş-başa qalmadan öncə bir telefon proqramından istifadə edərək
uzaqdan, ya da müştərilər hotelə gəldikdən sonra söhbət edə biləcəklər.
Söhbət isə fahişəxananın kafesində baş tutacaq.
Bir seks robotu ilə özəl görüşün qiyməti 122 dollar olacaq. Seçdiyi robotun
ilk müştərisi olmaq istəyən şəxs isə 10 000 dollarından keçməli olacaq.









