7NEWS.az xəbər verir ki, ABŞ-da keçirilən yeni seçki sorğusu Demokratların namizədi Kamala Harrisin ilk dəfə böyük fərqlə irəlidə olduğunu ortaya qoyub. Son sorğular sübut edir ki, Harris seçkilərə 50 gündən az vaxt qalmış rəqibi Donald Tramp üzərində üstünlüyünü qoruyub saxlayır. Harrisin milli sorğularda meteorik yüksəlişinə baxmayaraq, mübahisəli ştatlarda yarış gərgin olaraq qalır.








