7NEWS.az xəbər verir ki, ABŞ-ın Men ştatının Lyuiston şəhərində naməlum şübhəli şəxs üç fərqli ərazidə insanlara atəş açıb. İlkin məlumata görə, silahlı hücum nəticəsində 22 nəfər həyatını itirib, çoxlu sayda insan yaralanıb. Silahlı hücumdan sonra qaçan şübhəli hər yerdə axtarılır. Təhlükəsizlik kamerası görüntülərində qəhvəyi palto və qara şalvarda olan şübhəlinin əlində uzun lüləli silahla insanları hədəfə aldığı görülüb.
7NEWS.az








