ABŞ-ın Filadelfiya ştatında silahlı hücum nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Hücumdan sonra iki nəfər saxlanılıb.
7NEWS.az xəbər verir ki, polis, hücumdan təxminən 10 dəqiqə sonra, yerli vaxtla 3 iyun axşam saat 20:40-da 40 yaşlarında, polad jilet geyinmiş kişi şübhəlini saxladıqlarını açıqladı. Hadisə ilə bağlı daha bir nəfər saxlanılıb. Hadisə yerinin yaxınlığında tapança və uzun lüləli tapança da götürülüb. Yerli media odlu silahla yaralananlardan ikisinin uşaq olduğunu, yaralanan 2 və 13 yaşlı uşaqların vəziyyətinin stabil olduğunu bildirib.
7NEWS.az








