RU
ABŞ-da silahlı hücum: Ölənlər var
21:40
563

ABŞ-da silahlı hücum: Ölənlər var

ABŞ-ın Merilend ştatında biznes-mərkəzində silahlı insident baş verib.

7news.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Harford dairəsində qeydə alınan atışma nəticəsində 3 nəfər ölüb, daha 2-si yaralanıb. Onların vəziyyəti ağır kimi qiymətləndirilir.

İlkin məlumata əsasən, atəş açan şəxs hadisə yerindən qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ