RU
ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatdı
11:50
398

ABŞ-da son sutkada koronavirusdan ölənlərin sayı rekord həddə çatdı

Son sutka ərzində ABŞ-da koronavirusdan 1423 nəfər ölüb. Bu, dünyada bir gün ərzində koronavirusdan ən yüksək ölüm statistikasıdır.


7News.Az CNN-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin ən son hesabatında qeyd edilib. 

Bildirilib ki, ölənlərin sayı arataraq 7 406 nəfərə yüksəlib. 

Ölkə üzrə yoluxanların ümumi sayı 276995 nəfər olub. Hər gün orta hesabla 31782 nəfərin virusa yoluxduğu qeyd edilib.

 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ