ABŞ administrasiyası kənd yerlərində təmiz enerjinin inkişafına 11 milyard dollar sərmayə qoyacağını açıqlayıb.
7NEWS.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Departamentinin bəyanatında deyilir ki, kənd enerjisi və kommunal xidmətlərinə ölkə daxilində əlverişli, etibarlı təmiz enerji təmin etmək üçün təxminən 11 milyard dollar qrant və kredit veriləcək. Bəyanatda deyilir ki, bu, ABŞ-ın keçmiş prezidenti Franklin Ruzveltin 1936-cı ildə Kənd Elektrikləşdirilməsi Aktını imzalamasından sonra kəndlərin elektrikləşdirilməsinə ən böyük investisiyadır.
7NEWS.az








