RU
ABŞ-da Trampdan narazı qalan məhbuslar nəzarətçiləri girov götürüblər
11:05
352

ABŞ-da Trampdan narazı qalan məhbuslar nəzarətçiləri girov götürüblər

Amerikanın Delaver ştatının Smirna şəhərinin həbsxanasında məhbuslar beş nəzarətçini girov götürüblər. 

Məhbuslardan biri yerli qəzetin jurnalistləri ilə əlaqə quraraq girovların götürülməsinə ABŞ prezidenti Donald Trampın səbəb olduğunu bildirib.

"Səbəb – onun hazırda elədikləridir. Bilirik ki, həbsxanada hər şey pisə doğru dəyişəcək”, - o bəyan edib. 

Smirnaya onlarla polis cəlb edilib. Girovlardan biri daha öncə azad edilmişdi. Onun həyati təhlükəsi olmayan yaralar aldığı bildirilib. 

Digər girovların vəziyyəti dəqiqləşdirilmir. Danışıqlar davam edir. /oxu.az

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ