ABŞ-ın Tennesi ştatında iki yaşlı körpənin ad günündə naməlum şəxslərin açdığı atəş nəticəsində uşağın anası ölüb, daha yeddi nəfər isə yaralanıb.
7news.Az xəbər verir ki, bu barədə RİA Novosti WMCA-a istinadən məlumat yayıb.
Hadisə Dayersberq şəhərciyində baş verib. Aralarında 6 yaşlı uşağın da olduğu yaralılar xəstəxanaya yerləşdirilib. Xəstəxana polislər tərəfindən qorunur.
Qonşular bildiriblər ki, atışma yerli bandaların öz aralarında hesablaşmalarının nəticəsidir.
Hüquq-mühafizə orqanları ehtimal edilən cinayətkarları axtarırlar. Onların üç nəfər ola biləcəyi barədə məlumat yayılıb.
7news.Az








