ABŞ alimləri "Detectr” adlı yanlış nəticə verməyən koronavirus test sistemini kəşf ediblər.
"TASS” xəbər verir ki, Kaliforniya Universitetinin və "Mammoth Biosciences” şirkətinin mütəxəssislərinin qənaətinə görə bu sistem ənənəvi testləri uğurla əvəz edəcək.
Test sistemi nəticəni 40 dəqiqə ərzində göstərir. "Detectr” koronavirusun eyni zamanda "N” və "E” genlərini təsbit edən CRISPR/Cas12 genom readaktorunun vasitəsi ilə icad edilib.
7News.Az








