Amerika Birləşmiş Ştatlarının Flaqstaff şəhərində sisternin yolda aşması nəticəsində 13 min litrdən çox maye şokolad yola axıb.
7News.Az "Gazeta.ru”ya istinadən xəbər verir ki, bu haqda Arizona ştatının təhlükəsizlik idarəsi məlumat yayıb.
Yol nəqliyyat hadisəsi nəticəsində meydana gələn "şokolad çayı” nəqliyyatın hərəkətini tamamilə iflic edib.
Təhlükəsizlik idarəsinin rəsmisi yol-nəqliyyat hadisəsinin fəsadlarının aradan qaldırılmaqda olduğunu bildirərək, zarafatyana "təmizlik işlərinin dadlı olacağını” dilə gətirib.
7News.Az









