ABŞ-da yüksək inflyasiyanın təzyiqi altında qızıl bahalaşıb.
7News.Az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "Comex” birjasında qızılın iyun fyuçersləri 0,56% və ya 11 ABŞ dolları bahalaşaraq, 1 unsiyası 1 985,9 ABŞ dollarına satılıb. Gümüşün may fyuçerslərinin qiyməti isə 1,19% artaraq, 1 unsiyası 26,01 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ABŞ-da illik inflyasiya 1981-ci ildən sonra maksimum həddə - 8,5%-ə çatıb.








