RU
ABŞ-da yüksək səviyyəli dövlət məmurları üçün sosial media məhdudiyyəti qoyulub
11:50
93

ABŞ-da yüksək səviyyəli dövlət məmurları üçün sosial media məhdudiyyəti qoyulub


ABŞ-da federal hakim prezident Co Bayden administrasiyasının bəzi yüksək rütbəli məmurlarına sosial media şirkətləri ilə görüş və ünsiyyət qurmağı qadağan edib. 

7NEWS.az xəbər verir ki, hakim Terri Doughty ABŞ Səhiyyə Departamenti, Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC), Dövlət Departamenti, Ədliyyə Departamenti və Federal Təhqiqat Bürosunun (FTB) rəsmiləri tərəfindən qurulan əlaqələrə bəzi məhdudiyyətlər qoyan qərarı imzalayıb. 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən təyin edilən Doughty-nin qərarı Luiziana və Missuri ştatlarının baş prokurorlarının Bayden administrasiyasının texnoloji şirkətlərə internetdə arzuolunmaz yazıları silmək üçün konstitusiyaya zidd təzyiq göstərdiyi iddiasına cavab olaraq verilib. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ