ABŞ xəzinə nazirliyi İrana qarşı yeni sanksiyalar barədə qərar qəbul edib.
ABŞ-a qarşı siber hücumlar təşkil etdiyi iddiası ilə İran İslam İnqilabı Keşikçilər Korpusu və fərqli qruplarla münasibəti olan 11 nəfərin sanksiyalar siyahısına əlavə edilib.
ABŞ xəzinə nazirliyinin verdiyi açıqlamada deyilir: "Sanksiya siyahısına daxil edilənlərdən biri İran İslam İnqilabı Keşikçiləri Korpusunun ballistik raket proqramını dəstəkləyir. Ukrayna əsilli iki nəfər isə İİİK-Qüds Gücü ilə əlaqəsi olan hava şirkətini dəstəkləyir. İki iranlı isə ABŞ-ın maliyyə sistemlərinə kiber hücum edib".
ABŞ-ın İranın bölgədəki təxribatlarına qarşı sərt reaksiyaların verəcəyinin qeyd edildiyi açıqlamada deyilir: "İİİK-Qüds Gücünə və digər ifrat qruplaşmalara verdiyi dəstək, Suriyada şiddətin davam etməsinə səbəb olan kampaniyalara və ABŞ-ın iqtisadiyyatını hədəf alan kiber hücumlara ən sərt reaksiyalar veriləcək"./olke.az
7news.Az








