RU
ABŞ-dan olan müşahidəçi
11:37
456

ABŞ-dan olan müşahidəçi

Azərbaycanda səhər saatlarında parlament seçkilərinə gələn seçiçilərin sayı ABŞ-la müqayisədə daha çoxdur.

Bunu ABŞ-dan olan müstəqil müşahidəçi, Texas ştatının konqresmeni Solomon Ortiz deyib.

Onun sözlərinə görə, parlament seçkilərinin gedişatından məmnundur: "Mən artıq burada müşahidəçi kimi ikinci dəfədir ki, oluram. Azərbaycanın seçkilərin keçirilməsinə olan münasibətindən məmnunam. Proses çox şəffaf keçir. Ölkədə xalqın öz liderlərini seçməsi Azərbaycanı güclü dövlət edir. Çox ölkələrin sakinlərinin öz liderlərini seçmək hüququ yoxdur. Azərbaycan sakinlərinin isə belə hüququ var".

S.Ortiz qeyd edib ki, artıq səhər saatlarından seçicilərin fəallığı müşahidə olunur: "Çox vətəndaş bazar günü səhər saatlarında məntəqəyə gəlir. Səhər saatlarında parlament seçkilərinə gələn seçicilərin sayı ABŞ-la müqayisədə daha çoxdur. Bu, demokratiyaya doğru yolda göstəricidir".

Qeyd edək ki S.Ortiz 4 seçki məntəqəsində olub./trend

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ