RU
ABŞ-dan Qətərlə bağlı gözlənilməz qərar
22:20
1484

ABŞ-dan Qətərlə bağlı gözlənilməz qərar

Artıq bununla bağlı ABŞ prezidenti Co Bayden Konqresə Qətərin "mühüm qeyri-NATO müttəfiqi” statusu verilməsi barədə təqdimat göndərib.

7NEWS.Az xəbər verir ki, bu barədə Bayden Ağ Evdə Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə ikitərəfli görüşdən əvvəl jurnalistlərə açıqlama verib.
Qətər ilə ABŞ arasında 50 illik ortaqlığın olduğunu deyən Bayden, Qətərin on minlərlə əfqana ev sahibliyi etdiyini, Qəzza və Fələstin məsələlərində mühüm rol oynadığını bildirib.

Bayden bu gün Əmir Əl Sani ilə Körfəz və Yaxın Şərqin təhlükəsizliyi, qlobal enerji qaynaqlarının sabitliyi, Əfqanıstan və ikitərəfli əlaqələr kimi bir çox mövzunu müzakirə edəcəklərini qeyd edib.

"Qətər yaxşı dost və etibarlı tərəfdaşdır. Mən Konqresi Qətəri "NATO-dan kənar mühüm müttəfiq” kimi tanımaq planı barədə məlumat verirəm. Bu bizim əlaqələrimizin nə qədər vacib olduğunun sübutudur və bunu etmək vaxtıdır” - Bayden bildirib.

ABŞ-ın bu günə kimi "mühüm qeyri-NATO müttəfiqləri” kimi tanıdığı 18 ölkə var .
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ