7NEWS.az xəbər verir ki, Suriyada Əsəd rejiminin süqutundan sonra bütün gözlər Qəzzaya çevrildi. Yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi girovların azad edilməsi ilə bağlı üstüörtülü təhdid edib. HƏMAS-ın əlində qalan girovların sayı aydınlaşsa da, tərəflərin 60 günlük atəşkəsə yaxınlaşdığı bildirilir.








