RU
ABŞ-dan QR kodla bağlı XƏBƏRDARLIQ: Hesablarınız oğurlana bilər
15:10
108

ABŞ-dan QR kodla bağlı XƏBƏRDARLIQ: Hesablarınız oğurlana bilər

Epidemiya dövründə həyatımızda artan QR kod tətbiqi əslində təhlükəli ola bilər.

7News.Az Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Federal Təhqiqat Bürosu FTB QR kodlu menyuların şəxsi məlumatların surətini çıxarmaq üçün istifadə oluna biləcəyini açıqlayıb.

FTB məlumatlarına görə, son vaxtlar QR kodlarından istifadə edərək aldadılan insanların sayında böyük artım müşahidə olunur.

Müvafiq olaraq, hazırladıqları QR kodları real QR kodlarına yapışdıran fırıldaqçılar insanların smartfonlarına daxil olaraq onların şəxsi məlumatlarını oğurlaya bilirlər.

Saxta QR kodları cihazda təhlükəli proqram təminatı quraşdırarkən bir çox şəxsi məlumatlara, o cümlədən kredit kartı məlumatlarına girişi asanlaşdırır.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ