RU
ABŞ-dan Rusiyaya qarşı yeni sərt sanksiyalar - BƏNDLƏR
21:00
1403

ABŞ-dan Rusiyaya qarşı yeni sərt sanksiyalar - BƏNDLƏR

Respublikaçı Cim Benks Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin yeni layihəsini təqdim edib.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə ABŞ Konqresinin saytında məlumat verilib. 

Təşəbbüsü daha 38 konqresmen dəstəkləyib. Sənədin mətni hələ rəsmi dərc olunmayıb.

"Washington Post” qəzetinin yazdığına görə,  sənəd  "Putinin məsuliyyətə cəlb edilməsi Aktı” adlanır və aşağıdakı maddələri özündə ehtiva edir:

- Peskov, Mişustin, Sobyanin, Muraşko, Kiriyenko, Pamfilova, Vaino, Bastrıkin, Bortnikov, Zolotov və Çayka da daxil olmaqla Rusiya rəsmiləri və təhlükəsizlik qüvvələrinə qarşı sanksiyalar.
- Rus iş adamlarına qarşı sanksiyalar: Abramoviç, Usmanov, Deripaska, Seçin, Miller, Kostin, Timçenko, layihədə daha sonra VEB və əlaqəli şəxslər, həmçinin Rıbolovlev, Fridman, Aven, Qutseriyev, Vinokurov qeyd olunur.
- Jurnalistlərə qarşı sanksiyalar: Simonyan, Solovieva, Ernst.
- Donbasdakı "Rusiya tərəfindən dəstəklənən” qüvvələr terrorçu elan edilir, Rusiya terrorun sponsoru kimi tanınır.
- Rusiyanın dövlət borcu ilə əməliyyatlara qadağa qoyulur.
- Əlaqədar təşkilatlar və onların səhmdarları daxil olmaqla, "Şimal axını 2”yə qarşı tədbirlər və sair  bəndlər  daxildir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ