RU
ABŞ-dan şok Misir qərarı — Hərbi yardım dayandırılsın
12:40
290

ABŞ-dan şok Misir qərarı — Hərbi yardım dayandırılsın

ABŞ Misirə hərbi yardımı dayandırmaq qərarına gəlib.

Piramidalar ölkəsində insan haqları və demokratiya sahəsində inkişaf olmadığı üçün rəsmi Vaşinqton bu addımı atır.

ABŞ-ın müdafiə nazirliyinin açıqlamasına əsasən, rəsmi Vaşinqton insan haqları və demokratiya sahəsində inkişaf nəzərə çarpmadığı səbəbindən Misirə göstərilən 290 milyon dollarlıq yardımı donduracaq. Qərara səbəb kimi Qahirədə  qeyri-hökumət təşkilatları sahəsindəki narahatçılıq, müxalifət mövzusunda artan və geniş miqyasda qeyri-hökumət təşkilatları üçün qanunların qəbul edilməməsi və bir çox mövzuda inkişafın qeydə alınmaması göstərilir.

ABŞ-ın xarici işlər naziri Reks Tillerson deyib: "Misir ilə gücləndirilmiş təhlükəsizlik əməkdaşlığı ABŞ-ın milli təhlükəsizliyi üçün önəmlidir. İnsan haqları və digər mövzularda Misirdə inkişaf nəzərə çarpmadığı üçün narahat olduq"./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ