ABŞ səfirliyi Yeni ildən öncə Türkiyədəki vətəndaşlarına təhlükəsizlik xəbərdarlığı edib.
Açıqlamada bildirilir ki, radikal qruplar Türkiyədə Amerika vətəndaşlarının yaşadığı və ya ziyarət etdiyi yerlərdə hücumlar təşkil edə bilərlər.
"2016-cı ilin sonuna yaxınlaşarkən ABŞ vətəndaşları Yeni ili qeyd etmək üçün gedəcəkləri izdihamlı yerlərdə bunu nəzərə almalıdırlar. Qərblilərin, turistlərin çox getdiyi restoran, ticarət mərkəzləri, məscidlər və digər məkanlara çalışın ki, getməyəsiniz”, - deyə səfirliyin açıqlamasında deyilir./qafqazinfo
7news.Az








