ABŞ-dan Türkiyənin ünvanına xoş sözlər söylənilib.
Bu barədə BMT Baş Assambleyasının iclasında amerikalı nümayəndələr bildiriblər. Vurğulanıb ki, son vaxtlar Türkiyə ilə ABŞ arasında yaranmış gərginliyə baxmayaraq, iki ölkənin tarixi dostluq bağlılıqarı var.
Məclisdə iştirak edən amerikalı diplomatlar ilk öncə Türkiyənin İŞİD terror təşkilatı ilə mübarizədə göstərdikləri üstünlükləri vurğulayıblar. Daha sonra Suriyada Bəşər Əsəd rejiminə qarşı Türkiyənin siyasəti, eyni zamanda terrorçularla mübarizədə türk hərbçilərinin uğurlu əməliyyatları barədə danışılıb.
"Türkiyə Bəşər Əsəd rejiminin dəhşətindən qaçan 3 milyondan çox suriyalı qaçqına kömək oldu. Onları yerlə təmin etdi. Dərman və ərzaq verdi. Həmçinin dünyada terrorla mübarizədə Türkiyə ordusu öndə dayandı. Xüsusilə İŞİD terrorçuları ilə mübarizədə Türkiyə mühüm işlər gördü”, - deyə amerikalı diplomatlar bildiriblər.
İclasda Amerikada yaşayan türklərin ölkənin taleyində mühüm rol oynadıqları da vurğulanıb: "ABŞ-da yaşayan minlərlə türk bu ölkənin bir hissəsinə çevrilib. Onlar Amerikanın inkişafında böyük işlər görüblər. ABŞ və Türkiyə yarım əsrdən çoxdur ki, dost və müttəfiqdir. Onların bu əlaqələrinə heç bir qüvvə xələl gətirə bilməz”./olke.az
7news.Az








