67 yaşlı məhbus Bred Siqmon son 15 il ərzində ABŞ-də güllələnmə yolu ilə edam edilən ilk şəxs oldu.
7News.Az BBC-yə istinadla xəbər verir ki, B.Siqmon cümə günü Cənubi Karolina ştatının islahedici departamentinin üç könüllüsü tərəfindən güllələnib.
Onlar məhbusun sinəsinə təqribən beş metr aralıdan xüsusi güllələrlə tüfənglərdən atəş açıblar. Atəş eyni zamanda açılıb.
Xatırladaq ki, B.Siqmon 2011-ci ildə keçmiş sevgilisinin valideynlərini beysbol ağacı ilə öldürdüyünə görə məhkum edilmişdi.









