7NEWS.az xəbər verir ki, İsrail və Fələstin arasında qarşıdurmaların davam etdiyi bir vaxtda ABŞ-dan İsrailə yüksək səviyyəli səfərin ediləcəyi açıqlanıb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller verdiyi açıqlamada, ABŞ dövlət katibi Antoni Blinkenin İsrail rəsmiləri ilə yerlərdə vəziyyətlə bağlı birbaşa əlaqə saxlamaq və ABŞ-ın İsrailə verəcəyi dəstəyi müəyyən etmək üçün yaxın günlərdə İsrailə səfər edəcəyini bildirib.
7NEWS.az








